Gürcüstanda etiraz aksiyası keçirilib – Baş Nazirin istefası tələb olunur

0
478

Gürcüstanda etiraz aksiyası keçirilib – Baş Nazirin istefası tələb olunurTbilisidə İpək Yolu Forumunun keçirildiyi ərazidə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.

Etirazçılar Baş Nazirin iyunun 20-21-də Tbilisidə parlamentin binası qarşısında baş verən polis-vətəndaş qarşıdurmasına görə məsuliyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, aksiyanın keçirildiyi vaxtda Baş Nazir G. Qaxaria forumda çıxış edib