“Sportico” portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını dərc edib.
Birinci yeri “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu tutub.
Portuqaliyalı ulduza idman çıxışlarına görə 250 milyon dollar ödəniləcək, onun meydandankənar fəaliyyətdən gəlirləri isə 50 milyon dollar təşkil edəcək.
Gəlir səviyyəsinə görə ilk 10 futbolçunun siyahısı:
1. Kriştianu Ronaldu (“Ən-Nəsr”) – 300 milyon dollar (250 milyon dollar meydanda + 50 milyon dollar meydandan kənar);
2. Lionel Messi (“İnter Mayami”) – 150 milyon dollar (75+75);
3. Kilian Mbappe (“Real Madrid”) – 105 milyon dollar (70+35);
4. Erlinq Holand (“Mançester Siti”) – 85 milyon dollar (60+25);
5. Vinisius Junior (“Real Madrid”) – 67 milyon dollar (45+22);
6. Sadyo Mane (“Ən-Nəsr”) – 54 milyon dollar (50+4);
7. Lamin Yamal (“Barselona”) – 47 milyon dollar (35+12);
8. Cud Bellinqem (“Real Madrid”) – 45 milyon dollar (29+16);
9. Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (30+12);
10. Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20).



