Dünya bazarında qızılın dəyərində enmə qeydə alınıb.
Nyu-Yorkun “COMEX” əmtəə birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti sentyabrın 28-dən sonra ilk dəfə troya unsiyası üçün 4 150 dollardan aşağı enib.
Məlumata görə, qiymət 0,76 faiz azalaraq 4 130,7 dollar olub.



