Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkənin müxtəlif bölgələri və Qara dəniz üzərində 344 Ukrayna pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat “Interfax” tərəfindən də dərc olunub.
Nazirliyin açıqlamasına görə, PUA-lar Leninqrad, Novqorod, Bryansk, Kursk, Belqorod, Orel, Kaluqa, Tula, Ryazan, Lipetsk, Vladimir və Rostov vilayətləri, Krasnodar diyarı, Moskva regionu, Yamalo-Nenets Muxtar Dairəsi və Dağıstan üzərində, həmçinin Qara dəniz akvatoriyasında vurulub.
Rusiya tərəfinin yaydığı məlumata görə, söhbət təyyarə tipli pilotsuz uçuş aparatlarından gedir.



