Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək – İlginc səbəb

Rusiyanın İrkutsk vilayətinin Baykalsk bölgəsində şəhərə qəhvəyi ayıların müntəzəm olaraq gəlməsi və insanlara hücum etməsi hallarının artması səbəbindən komendant saatı tətbiq edilib. 

Bu barədə Rusiya mediası məlumat yayıb. Şəhər administrasiyasının “Telegram” kanalında yayılan məlumata görə, Baykalsk sakinləri və qonaqlara saat 19:00-dan sonra küçələrdə, parklarda və meşəlik ərazilərdə olmaq qadağandır. Meşələrə ümumilikdə giriş də qadağan edilib. Ev heyvanları saxlayanlara əlavə tələblər tətbiq olunub.

Yerli hakimiyyət orqanları bəyan ediblər ki, ev heyvanları ilə gəzintiyə yalnız gündüz saatlarında və ciddi nəzarətlə şəhər hüdudları daxilində icazə verilir: “Meşəlik ərazilərdə və meşələrin kənarlarında gəzinti qəti qadağandır!”.