Son bir həftə ərzində İran Silahlı Qüvvələri 30-a yaxın gəminin Hörmüz boğazından icazəsiz keçmək cəhdinin qarşısını alıb.
Bu barədə İran mediasının yaydığı məlumata görə, avqustun 22-29-da boğazdan keçməyə çalışan həmin gəmilərin hərəkəti İslam Respublikasının hərbi birləşmələri tərəfindən qadağan edilib.
Qeyd olunur ki, hazırda tranzit yalnız İran tərəfi ilə razılaşdırılmaqla və müvafiq rüsumlar ödənilməklə həyata keçirilir.



