100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib.

Onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər. Mütəxəssis gündə bir və ya iki fincan qəhvənin günortaya qədər içilməsini məsləhət görür.

Byuttner hesab edir ki, qəhvənin düzgün vaxtda qəbul edilməsi ürək-damar sağlamlığı baxımından müsbət təsir göstərə bilər. Bununla yanaşı, günün ikinci yarısında qəhvə içmək yuxu rejiminə mənfi təsir edə bilər.

Mütəxəssis vurğulayıb ki, keyfiyyətsiz yuxu yalnız gündəlik fəaliyyətə deyil, ümumi sağlamlığa və uzunömürlülüyə də təsir göstərə bilər.

O, qəhvə seçimi ilə bağlı da tövsiyəsini bölüşüb. Byuttner daha faydalı seçimlər sırasında yüngül qovrulmuş qəhvə dənələrindən hazırlanan və filtrdən keçirilən qəhvəni qeyd edib.