Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar.

Sabah başlayacaq yarış 4 gün davam edəcək.