İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilir ki, tərəflər razılaşmanın imzalanmasına çox yaxınlaşıblar. İranın xarici işlər naziri Abbas Əraqçi də Omanla məsləhətləşmələrin yekun mərhələyə keçdiyini təsdiqləyib.
Bildirilir ki, Tehran yaxın vaxtlarda Hörmüz boğazından gəmilərin keçid qaydalarını müəyyənləşdirəcək sənədləri Oman Sultanlığı ilə rəsmiləşdirməyi planlaşdırır. Razılaşmanın iki ölkə arasında münasibətlərdə yeni mərhələ açacağı gözlənilir.
Nəşr qeyd edir ki, bu kompromis İranla ABŞ arasında gərginliyin nəzarətdə saxlanılması üçün həlledici amillərdən biri hesab olunur.
Ekspertlərin fikrincə, belə bir razılaşmanın əldə edilməməsi regionda vəziyyətin daha da kəskinləşməsinə səbəb ola bilər.




