“Apple”ın bazar kapitallaşması iyulun 27-də keçirilən hərraclardan sonra təxminən 5 trilyon dollara çataraq şirkəti yenidən dünyanın ən dəyərli şirkəti edib.
Məlumata görə, ticarət zamanı “Apple” səhmləri 2% bahalaşıb. Son dövrdə lider olan “Nvidia”nın səhmləri isə 5% ucuzlaşaraq şirkətin bazar dəyərini 4,77 trilyon dollara endirib.
Bildirilir ki, “Moonshot AI” startapının yeni süni intellekt modelini təqdim etməsi investorların “Nvidia” səhmlərini satmasına səbəb olub. Bazarda 2025-ci ildə “DeepSeek” modelinin təqdimatından sonra yaşanan kəskin enişin təkrarlana biləcəyi ilə bağlı narahatlıqlar da artıb.
Bundan əlavə, “Apple”ın “Apple Upgrade” adlı yeni cihaz lizinq proqramını istifadəyə verməyə hazırlaşması da şirkətin səhmlərinin bahalaşmasına təsir edən amillərdən biri kimi göstərilir




