“İsrail ən yüksək dərəcəli komandirlərimizi vurdu, biz isə “vuracağıq!”, “vuracağıq!” dedik, ancaq…”-İran rəsmisi

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Didban İran” saytına müsahibəsində bildirib ki, İsrail İslam Respublikasının hərbi komandirlərini və liderlərini hədəf alıb, lakin İslam Respublikası dəfələrlə bəyan etməsinə baxmayaraq, analoji cavab verə bilməyib.

Bu haqda “Azad İran” telegram-kanalı xəbər verir.

O deyib: “İsrail bizim xəbərimiz olmadan hərbi liderlərimizi və komandirlərimizi vurdu. Birinci, ikinci və üçüncü dərəcəli şəxsləri vurur, sonra da deyir ki, mən onları vurdum. Biz isə deyirik ki, vuracağıq, vuracağıq, amma sonunda vura bilmirik…”