Türkiyədə sərnişin avtobusu aşdı – 40 nəfər xəsarət aldı

Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusu aşıb.

Hadisəyə yağışın sürüşkənləşdirdiyi yolda sürücünün idarəetməni itirməsi olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə avtobusda olan 42 nəfərdən 40-ı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar ətrafdakı xəstəxanaya çatıdırılıblar.

Hadisə yerinə vilayət rəhbərliyi və digər rəsmi şəxslər də gəliblər. Qəza ilə bağlı araşdırma başladılıb.