İranda qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi ilə bağlı hazırlıqlar tamamlanıb.
Bu barədə İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Zəhra Behruzazer açıqlama yayıb.
Onun sözlərinə görə, qadınların motosiklet sürməsinə icazə verilməsi prosesinə İran parlament üzvləri və din xadimləri dəstək verib. Behruzazer din alimlərinin qadınların motosiklet sürməsinin “mahiyyət etibarilə haram olmadığı” qənaətində olduqlarını ifadə edib.
Ölkədə qadın pilotların və ağır nəqliyyat vasitələrini idarə edən qadın sürücülərin olduğunu xatırladan Behruzazer motosikletin də bir nəqliyyat vasitəsi olduğunu bildirib.
O, sürücülük vəsiqələrinin mart ayında verilməsinə başlanmasının planlaşdırıldığını, lakin iyun ayında başlayan müharibə səbəbindən prosesin dayandırıldığını qeyd edib.




