Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib.

Bu, avqustun 1-i ilə müqayisədə 0,2 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyulun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il avqustun sonuna isə 1,7 % olub.