Pezeşkian Xameneinin son durumunu AÇIQLADI

İranın ali rəhbəri Müctəba Xamenei tam sağlamdır.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian CBS telekanalına müsahibəsində bildirib.

“Xamenei tibbi baxımdan tam sağlamdır”, – deyə Pezeşkian qeyd edib.

ABŞ mediasında Müctəba Xameneinin ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı ağır yaralandığı barədə iddialar yayılıb. İran tərəfi isə bu məlumatları təkzib edib. Pezeşkian müsahibəsində Xameneinin üz və ayaqlarındakı xəsarətlərinin sağaldığını və onun səhhəti ilə bağlı davam edən ciddi problemin olmadığını bildirib.

56 yaşlı Müctəba Xamenei İranın əvvəlki ali rəhbəri Əli Xameneinin oğludur. Əli Xamenei ABŞ və İsrailin Tehrana zərbələri nəticəsində öldükdən sonra, 8 mart 2026-cı ildə İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.