Azərbaycandan Ukrayna hüquq-mühafizə orqanlarına nota – SƏBƏB

0
486

Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.
Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.