Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar KIZILELMA” JET-230 səsdən sürətli raketlə ilk uğurlu atış sınağını həyata keçirib.
Uğurlu sınaq Yunanıstan mediasında səs-küy doğurub.
“Pentapostagma” nəşri Ankaranın daha bir mühüm dönüş nöqtəsini geridə qoyduğunu yazaraq, “Egeydə qum saatı tərsinə çevrilib, zaman artıq bizim əleyhimizə işləyir” ifadələrinə yer verib.
Nəşr həmçinin bildirib ki, “KIZILELMA” Türkiyə ərazisindən Egey dənizində və Yunanıstan adalarındakı çoxsaylı hədəfləri vura biləcək imkanlara malikdir.




