İrandan Türkiyəyə çağırış: Təhlillərinizi reallıqlara uyğunlaşdırın

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın fəaliyyətini İsrailin addımları ilə müqayisə edən açıqlamasını tənqid edib. 

Bəqayi bu barədə mətbuat konfransında danışıb.

O bildirib ki, Hakan Fidan kimi bir siyasətçinin belə müqayisə aparması təəccüb doğurur.

Onun sözlərinə görə, İsrail Türkiyə də daxil olmaqla bütün bölgəyə zərər verməyə çalışır: “İsrail ekspansionist siyasət yürüdür. İranın bölgədə heç bir nümayəndə qüvvəsi yoxdur. Bölgədə yeganə nümayəndə qüvvə İsraildir”.

Bəqayi son olaraq, Türkiyə rəsmilərini təhlillərini mövcud reallıqlara uyğunlaşdırmağa və İsrailin siyasətini əsaslandıracaq açıqlamalardan çəkinməyə çağırıb.