Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin “Telegram” kanalında yayımlanan açıqlamada bildirilib.
“İyulun 12-nə keçən gecə ”Ptaxi Madyara” 414-cü əlahiddə briqadasının 9-cu “Kayros” taborunun, 1-ci əlahiddə mərkəzinin və “Nemesis” 412-ci briqadasının operatorları Azov dənizi akvatoriyasında 10 tankeri vurub. 1-ci əlahiddə mərkəzin operatorları Azov dənizi akvatoriyasında gəmi vurub. ”Reyd” 413-cü əlahiddə alayının operatorları Krım MR-nin Kerç şəhəri ərazisində üç gəmi vurub”, – deyə məlumatda bildirilir.




