
ABŞ Hərbi Hava Qüvvələri mümkün nüvə müharibəsi zamanı istifadə edilən E-4B “Qiyamət günü” təyyarələrinin modernləşdirilməsini təsdiqləyib.
Modernizasiya çərçivəsində təyyarələrin təhlükəsiz rabitə sistemləri yenilənəcək və onların quru, dəniz və hava qüvvələri ilə fasiləsiz əlaqə saxlamaq imkanları gücləndiriləcək.
ABŞ mediasının məlumatına görə, layihəyə təxminən 984 milyon dollar ayrılıb.
“Boeing 747-200” platforması əsasında hazırlanan E-4B təyyarələri nüvə hücumu və digər fövqəladə hallarda ABŞ prezidenti, müdafiə naziri və yüksək rütbəli hərbi rəhbərlik üçün havadakı komanda mərkəzi kimi fəaliyyət göstərir.
ABŞ uzunmüddətli perspektivdə bu təyyarələri yeni nəsil hava komanda mərkəzləri ilə əvəz etməyi planlaşdırsa da, həmin platformalar istismara verilənədək E-4B donanması xidmətdə qalacaq.


