
Macarıstanın meteoroloji xidməti “HungaroMet” iyunun 28-də Budapeştdə temperatur rekordunun qeydə alındığını bildirib — termometrin göstəricisi 40 dərəcə Selsiyə yüksəlib.
Bu, 1870-ci ildə müntəzəm müşahidələrə başlanıldığından bəri bu tarix üçün ən yüksək göstəricidir.
İyunun 28-i üçün əvvəlki rekord 1935-ci ildə müəyyən edilmiş 39,9 dərəcə olub. Baş nazir Peter Madyar xəbərdarlıq edib ki, gələn həftənin əvvəlində temperatur 42 dərəcəyə çata bilər ki, bu da 20 iyul 2007-ci ildə qeydə alınmış 41,9 dərəcəlik mütləq ölkə rekordunu yeniləyəcək.
Anomal istilərlə əlaqədar hökumət fövqəladə tədbirlər tətbiq edib: dövlət qulluqçularına iyunun 29-u və 30-da distant (məsafədən) işləmək tövsiyə olunub, iş yerində olması vacib olanlar üçün isə kondisioner və içməli su ilə təminat yaradılıb. Oxşar tövsiyələr özəl şirkətlərə də verilib.
