
ABŞ prezidenti Donald Tramp kommunist ideologiyasını ABŞ üçün ən böyük təhlükə adlandırıb.
O, bu mesajı iyunun 28-də özünün “TruthSocial” sosial media platformasında paylaşıb.
Tramp qeyd edib ki, solçu siyasi baxışlar iki dünya müharibəsindən və 11 sentyabr 2001-ci il terror hücumlarından (11 sentyabr) bəri ABŞ üçün əsas təhlükəyə çevrilib.
“Kommunizm Birinci Dünya Müharibəsindən, İkinci Dünya Müharibəsindən, Perl-Harbordan və ya 11 sentyabrdan bəri ölkəmiz üçün ən böyük təhlükədir!”, – Tramp bildirib.
