Trampdan İrana sərt ultimatum: Bir fakt bütün danışıqları çökdürə bilər

“İran rəhbərliyi gəmilərin Hörmüz boğazından keçidi üçün heç bir ödəniş tələb etmədiyinə dair ABŞ-yə zəmanət verib. Əgər rüsumların hələ də yığıldığı aşkar olunarsa, Birləşmiş Ştatlar İranla aparılan danışıqları dərhal sonlandıracaq”.

Bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.

“İran ABŞ-yə bildirib ki, Hörmüz boğazından hərəkət edən gəmilərdən heç bir yığım həyata keçirmir, sığorta haqqı və ya digər hər hansı növ ödənişlər qəbul etmir. Tehrandan daxil olan informasiyanın həqiqəti əks etdirmədiyi bəlli olarsa, danışıqlar prosesi dərhal dayandırılacaq”, – deyə Ağ Ev lideri vurğulayıb.