Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı

Türkiyəli müğənni Bülent Ərsoy onlayn alış-veriş platformalarının birindən rekord məbləğdə qonorar alıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Müğənninin bir reklam kampaniyası üçün 135 milyon TL (təxminən 5 milyon manat) qazandığı bildirilir.

Bu məbləğ Türkiyə reklam sektorunda bir müğənniyə ödənilən ən yüksək qonorar kimi tarixə düşüb və sosial mediada geniş müzakirələrə səbəb olub.