Meri yük maşınına qoşub sürüdülər

0
415

image hereMeksikanın Las Marqaritas şəhərinin meri Xorxe Luisa Eskandonu administrasiyadan çıxararaq yük maşınına bağlayıb şəhər küçələrində sürüyüblər.

Bu barədə Rusiyanın lenta.ru portalı məlumat yayıb. Məlumata görə, səbəb merin seçkiqabağı verdiyi vədlərə əməl etməməsi olub. Şəhər rəhbəri yolların təmir ediləcəyini də söz verib, amma reallaşdırmayıb.

Merin köməyinə gələn polislərlə əhali arasında qarşıdurma yaranıb. 10 nəfər xəsarət alıb, 11 nəfər saxlanılıb.

Şəhər merinə lazımi tibbi yardım göstərilib.