“FIDE Grand Swiss 2019” turnirində Azərbaycan dörd idmançı ilə təmsil olunacaq

Bu gündən Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, iddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirdə 154 şahmatçı, o cümlədən reytinqi 2700-dən yuxarı olan 21 qrossmeyster mübarizə aparacaq.
Yarışda Azərbaycanı Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Eltac Səfərli təmsil edəcəklər.
Turnirə oktyabrın 21-də yekun vurulacaq.