Venezuelanın Azərbaycandakı səfiri İNK-da

0
638

Bu gün Venezuelanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martines Berroteron ölkəmizdə ictimai nəzarət fəaliyyətini həyata keçirən və dövlət nəzarətinə xidmət sahəsində, sabitlik və inkişaf strategiyasının qorunmasında əhəmiyyətli sosila-mədəni təbliğat-təsviqat xarakterli ictimai tədbirləri ilə ölkə əhalisinin rəğbətini qazanmış İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, ictimai xadim Rasim Məmmədovla (o həmcinin Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse prezidenti, Sabitlik və İnkişaf  Mərkəzinin rəhbəridir) görüşmüşdür.

İNK-nın Mərkəzi Gərərgahında baş tutan görüşdə Kristofer Berroteron və Rasim Məmmədov ölkələrimiz arasındakı sosial-mədəni əlaqələrin genişləndirilməsi, siyasi sabitliyin qorunması, eyni zamanda ictimai nəzarətlə bağlı əməkdaşlıq əlaqələrinin yaradılması mövzusunda müzakirələr aparmışlar.

Görüş Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur.

“ictimaixeber.az”