Hörmüz boğazından keçən Fransanın CMA CGM şirkətinə məxsus “Everglade” konteyner gəmisi “xəbərdarlıq atəşi” nəticəsində zədələnib.
Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Şirkətin açıqlamasına əsasən, gəminin bütün ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir və heç kim xəsarət almayıb.
Bildirilib ki, gəmi hazırda istismar vəziyyətindədir və yalnız bəzi konteynerlər zərər görüb.




