Avstriyada məşhur “Hipp” markalı uşaq qidasında siçan zəhəri tapılıb.
Bu barədə BBC məlumat yayıb.
Polisin məlumatına görə, Burgerland bölgəsində yaşayan müştəri marketdən tərəvəz püresi alıb. Lakin məhsulun qabının qapağı açıq vəziyyətdə olub.
Müştərinin şikayətindən sonra, analizlər nəticəsində məlum olub ki, məhsulun içərisində siçan zəhəri var. Məlumata görə, xoşbəxtlikdən körpə həmin qidadan yeməyib.
“Hipp” şirkəti dərhal bu markaya aid məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1500 supermarketdən geri çağırıb.
Qeyd olunub ki, hadisə Avstriyada kənar cinayət müdaxiləsi nəticəsində baş vermiş ola bilər.




