ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin Birləşmiş Ştatlar limanlarına giriş qadağasını bir il müddətinə uzadıb.
Müvafiq bildiriş ABŞ-nin federal reyestrində dərc olunub.
Sənəddə iddia edilir ki, Rusiya hökumətinin siyasəti və hərəkətləri ABŞ-nin digər ölkələrlə münasibətlərinin pozulması təhlükəsi vasitəsilə fövqəladə vəziyyət yaradır. Bununla əlaqədar olaraq, adı çəkilən qadağanın daha bir il müddətinə uzadılması qərara alınıb.
Qeyd edək ki, məhdudiyyətlər ABŞ Administrasiyası tərəfindən 2022-ci ilin aprel ayında tətbiq edilib.




