Azərbaycan Avropa çempionatında növbəti medalını qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) bürünc mükafata sahib çıxıb. Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycan milli komandası Tbilisinin ev sahibliyi etdiyi cüdo üzrə Avropa çempionatında ilk medal sevincini yaşayıb.

60 kiloqram çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz Əhməd Yusifov çempionatı bürünc mükafatla başa vurub.

Cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə qalxmaq uğrunda həlledici görüşdə digər təmsilçimiz, komanda yoldaşı Balabəy Ağayevə qalib gəlib.

Məlumat üçün bildirək ki, qitə birinciliyinin həyəcanı aprelin 19-da yekunlaşacaq.