Türkiyə balistik raketlərini İŞƏ SALACAQ: 10 m, 7200 kq…

2026-cı il ərzində Türkiyədə bir sıra yeni raket sistemlərinin genişmiqyaslı sınaqları həyata keçiriləcək və eyni zamanda bu sistemlərin seriyalı istehsalına başlanması planlaşdırılır.

Ötən il Türkiyə ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edib. Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır və ölkənin müdafiə sənayesi üçün ən uzunmənzilli sistem hesab olunur – maksimum uçuş məsafəsi 3 min kilometrdir.

“Roketsan” tərəfindən istehsal edilən bu raketlər strateji əhəmiyyətli hədəflərin – hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və digər hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, TAYFUN BLOK-4 əsas komponentlər üzrə İran istehsalı olan ballistik raketlərdən üstünlük təşkil edir.