Bir müddətdir xəstəxanada müalicə alan aktyor Ramazan Tetik 37 yaşında vəfat edib. Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi “Eşref Rüya” serialının heyətində yer alan aktyorun aort damarının yırtılması nəticəsində vəfat etdiyi iddia edilir.
Vəfatından bir neçə gün əvvəl Ramazan Tetik üçün təcili qan axtarılırdı. Rol yoldaşı Demet Özdemir bu çağırışa dəstək verərək izləyicilərindən qan vermələrini xahiş etmişdi.






