“İnter Mayami” komandanın yeni stadionunun Şərq tribunasına Lionel Messinin adının veriləcəyini açıqlayıb.
Dünya futbolunda aktiv oyunçunun onun adını daşıyan tribunası olan stadionda oynayacağı ilk hal olacaq. Yeni arenanın açılışı aprelin 4-də keçiriləcək.
Messi 2023-cü ildən bəri “İnter Mayami”də oynayır. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.




