Qəhrəmanımızın əziz xatirəsi ehtiramla anıldı

44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Qəbələ rayonunun Mıxlıqovaq kəndindən olan igidimiz Rəhimov Elnur Məmmədkərim  oğlunun əziz xatirəsi unudulmur, daim hörmət və ehtiramla yad edilir.

Qazilərimiz – İbrahimov Zaur, Qarayev Bəhruz və Nuriyev Bəhram şəhidimizin ailəsini ziyarət edərək, onun müqəddəs xatirəsini bir daha anmış, ailəsinə mənəvi dəstək olmuşlar. Ziyarət zamanı şəhidimizin məzarı da ehtiramla ziyarət olunmuşdur.

Qazilərimiz tərəfindən şəhidimizin şəkli əks olunan üçrəngli Azərbaycan bayrağı hazırlanaraq ailəsinə təqdim edilmişdir. Bu mənalı hədiyyə şəhidimizin əziz xatirəsinə olan sonsuz sevgi və hörmətin bariz nümunəsidir.

Şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

🇦🇿 Allah bütün şəhidlərimizə rəhmət 
eləsin, qazilərimizə can sağlığı versin!

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri