İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi vəd-4” əməliyyatının 43-cü dalğasına başlayıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə regionda yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma bazasına və ABŞ ordusunun digər bazalarına, həmçinin Tel-Əvivə qarşı hücumlar həyata keçirilib.
Hücum zamanı iki döyüş başlıqlı “Xorrəmşəhr” dəqiq hədəfli raketləri, çoxsaylı döyüş başlıqlı “Qədr”, tək döyüş başlıqlı “Emad” və “Xeybər Şəkan” raketləri, eləcə də dağıdıcı pilotsuz uçuş aparatlarından istifadə olunub.




