Sensasion iddia: Kiyev Moskvaya nümayəndə heyəti göndərir

Ukrayna nizamlama danışıqları üçün Moskvaya nümayəndə heyəti göndərə bilər. 

Kiyev bu variantı nəzərdən keçirir.

Qeyd olunur ki, bu ssenari Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən son görüş zamanı səsləndirilib.

Həmçinin qeyd olunur ki, nümayəndə heyətinin təhlükəsizliyinə guya amerikalı nümayəndələr – ABŞ prezidentinin xüsusi elçisi və kürəkəni Stiven Uitkoffla Cared Kuşner zəmanət verir. İddia edilir ki, onlar ukraynalı həmkarları ilə birlikdə Varşavadan Rusiyaya səfər edə bilərlər.