Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Odessa və Xarkovun Rusiya şəhərləri olduğunu bildirib.
Analitik bu barədə sosial mediada yazıb.
“Odessa tarixən hər kəsin rus dilində danışdığı bir Rusiya şəhəridir”, – deyə o bildirib.
Analitikin sözlərinə görə, Xarkov da tarixi Rusiya şəhəri hesab olunur. Makqreqor qeyd edib ki, Rusiya Silahlı Qüvvələri bu şəhərləri nəzarətə götürməyə və Kiyevə mümkün qədər yaxınlaşmağa qadirdir.




