Bu gün qəhrəman Vətən övladı, Şəhid Mayor Rüfət Əsgərovun əziz və unudulmaz xatirəsinə həsr olunmuş üzgüçülük üzrə turnir keçirilib. Atilla İdman Kompleksində təşkil olunan bu mötəbər yarışda nəvəm Həsənov Ayxan böyük əzmkarlıq, iradə və zəhmət nümayiş etdirərək fəxri II yerə yüksəlib.
Bu uğur təkcə bir idman nailiyyəti deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının, sağlam və məqsədyönlü böyüməsinin bariz nümunəsidir. Ayxanın qazandığı bu nəticə onun zəhmətinin, məşqçilərinin əməyi və ailəsinin dəstəyinin bəhrəsidir.
Ayxan, mənim əziz balam, səninlə qürur duyuram. Qoy bu uğur sənin gələcək nailiyyətlərinin başlanğıcı olsun. Hər zaman sağlam, güclü və inamlı olasan. Allah səni qorusun, yolunu açıq etsin. Amin!
Zahir Həsənov,
DAMM -nin idarə heyətinin üzvü, Sabiq hərbi hissə komandiri, hər iki müharibənin iştirakçısı, 05.01.1994-cü il Horadiz Əməliyyatının əsas təşkilatçılarından biri, Azərbaycan bayrağı ordeninin sahibi




