Bu ölkə Rusiyaya 78 milyon dollarlıq naringi ixrac etdi

Rusiya yanvardan noyabra kimi Çindən naringi idxalını rekord həddə – 78 milyon dollara çatdırıb.

Bu barədə Rusiya mediası Çinin gömrük məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Çindən Rusiyaya naringi daşınması 2025-ci ildə 16% artıb. Bu rəqəm son on ildə ən yüksək göstərici sayılır.

Bundan əlavə, noyabr ayında Rusiyanın idxalı 6% artaraq 22 milyon dollar təşkil edib.