Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-də Rusiyada işgüzar səfərdə olacaq.
Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, baş nazir dekabrın 21-də Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Birliyinin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Dekabrın 22-də isə MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır.




