Hər hansı bir yeni ixtira böyük çətinliklə öz yolunu tapır. Müəyyən bir fenomeni idarə edən qanunları başa düşmədən, cihazların necə işlədiyini bilmədiklərindən insanlar yeniliyi rədd edir və hətta ondan qorxurlar.
Buna parlaq bir nümunə, Edisonun 11 mart 1878-ci ildə Parisdəki Fransız Akademiyasında nümayiş etdirdiyi fonoqrafın ixtirasıdır.
Nümayişi Edisonun əməkdaşı, dünyanın ilk telefon stansiyasının yaradıcısı, macar mühəndisi Tivadar Puskas aparırdı. O, Edisonun pərəstişkarı, fransız fiziki Teodor dü Monsel tərəfindən dəvət olunmuşdu. Nümayiş zamanı Fonoqraf qutusundan insan səs ətrafa yayılır. Bu zaman otaqda olan filologiya professoru J.-B. Buillo stulundan sıçrayıb, Monselə tərəf qaçıb, yaxasından tutub və qəzəblə boğmağa başlayıb. Bağıraraq deyib: – Alçaq! Yaramaz! Düşünürsən ki, bir ventriloquist bizi aldadacaq?!
Həmin ilin 30 sentyabrında fonoqraf məsələsi yenidən müzakirə edildikdə, o, hələ də mütəxəssislərin nəticələrinə inanmayıb və ağıllı bir ventriloquist olduğunu iddia edənə yenidən bağıraraq deyib: -Çirkin metalın insanın nəcib səsini təkrarlaya biləcəyinə inanmaq mümkündürmü? Əsla!!!
Fonoqraf ilk dəfə Rusiyada ictimaiyyət qarşısında nümayiş etdirildikdə isə, “danışan mexaniki heyvan”ın sahibi məhkəməyə verildverilib və “saxtakarlıq”a görə üç ay həbs cəzasına və böyük bir cəriməyə məhkum edilib.




