Zeynallı Əsəd Ərziman oğlu 1999 cu il avqustun ayının 12-si Qəbələ rayonu Seyidqışlaq kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Seyidqışlaq kənd məktəbində alıb. Şəhid Zeynallı Əsəd orta təhsil aldıqdan sonra Qəbələ Peşə Məktəbində də oxumuşdur. 2017 ci ildə həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini Bakı şəhərində yerləşən N saylı hərbi hissədə yerinə yetirmişdir. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. 2020 ci il 13 oktyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi bir neçə gündən sonra tapılmış və 2020 ci il 17 noyabrda Qəbələ rayonu Seyidqışlaq kənd qəbristanlığında dəfn olunub.
Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri









