Bu  gün Qəbələ rayon Bum qəsəbəsi şəhid Adəm İkram oğlu Heydərovun 5- ci il dönümü qeyd olundu

Tədbirdə şəhidin ailə üzvləri, qazilər ,din xadimləri Kürdəmir , Qəbələ şəhid ailələri, kənd sakinləri , şagirdlər , müəllimlər ,şəhidin yaxınları, yazarlar iştirak etmişdir.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur

Sonra şəhidin atası  çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir 

Sonra şəhidlərin adına ucalmış abidə ziyarət olunmuşdur

Şəhid Adəm Heydərov 2000-ci ilin martın 26-da Qəbələ rayonu Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbə Təbriz Yaqubov adına  tam orta məktəbində təhsil alıb.2018 ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. Oktyabrın 13-də Ağdərə istiqamətində ağır döyüşlərdən birində şəhidlik məqamına ucalıb.
34 gündən sonra nəşi əldə edilib və doğulub boya-başa çatdığı Qəbələ rayonu Bum qəsəbə qəbristanlığında torpağa tapşırılıb. 

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İB  Qəbələ rayon nümayəndəliyin rəhbəri