Rusiya ilə hər an müharibə başlaya bilər – Almaniya kəşfiyyatının rəhbəri

Alman kəşfiyyatı Rusiya ilə müharibənin hər an başlaya biləcəyinə inanır

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Martin Yagerin fikrincə, Qərblə Rusiya arasında münaqişə hər an “qaynar” fazaya keçə bilər.

“Avropada qeyri-müəyyən sülh hökm sürür və bu, hər an kəskin qarşıdurmaya çevrilə bilər. Biz daha da gərginləşməyə hazır olmalıyıq”, – Almaniya kəşfiyyatının rəhbəri bildirib.

O vurğulayıb ki, Avropa artıq “atəş altındadır”, Moskva isə təmkinliliyi “zəiflik kimi qəbul edir”, ona görə də “riskləri artırmaq” lazımdır.