Naci Görürdən Ankara zəlzələsi ilə bağlı kritik xəbərdarlıq: 7 bal gücündə…

Ankaranın Kalecik rayonunda 4,1 bal gücündə zəlzələnin baş verdiyi haqda məlumat vermişdik.

Zəlzələdən sonra vətəndaşlar narahatlıq yaşayarkən, seysmoloq Prof. Dr. Naci Görür kritik xəbərdarlıq edib.

“Dağdemir-Kalecik/ Ankarada 4,1 bal gücündə zəlzələ baş verdi. Zəlzələ əks qırılma xətti olan Çankırı Fay zonasında olub.

Bu zona 7 bal gücündə zəlzələlər yarada bilər. Təxminən şimala istiqamətlənmiş və qərb sərhədini meydana gətirərək Kırırşehir massivini əhatə edir”.

Avqustun 10-da Balıkəsirdə Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən bir ay ötür. 5.0, 4.9 və 4.5 bal gücündə təkrar təkanlar yaşayan rayonda 30 gün ərzində 9000-ə yaxın yeraltı təkan qeydə alınıb. Bölgəni gəzən Prof.Dr.Övgün Ahmet Ercan Sındırgıda olub, müşahidələr aparıb. O, bu zəlzələlərdən sonra Sındırgada daha böyük zəlzələni gözləmədiyini açıqlayıb.