10 yaşlı hindistanlı şahmatçı rekorda imza atıb

10 yaşlı hindistanlı şahmatçı Bodhana Sivanandan qrossmeysterə qalib gələrək rekorda imza atıb.

Belə ki, Sivanandan Liverpulda keçirilən turnirdə vaxta klassik nəzarətlə görüşdə ingilis Piter Uellsi məğlub edib.

Bununla da o, 10 yaş və 5 ay yaşında qrossmeysterə qalib gələn ən gənc qız şahmatçı ünvanını əldə edib.