Putin Trampla danışıqlarını konstruktiv və faydalı adlandırıb

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlarını konstruktiv və faydalı adlandırıb.

Bunu Putin birgə mətbuat konfransında bildirib.

“Rusiya ilə ABŞ arasında münasibətlər son illərdə soyuq müharibədən bəri ən aşağı nöqtəyə düşüb. Buna baxmayaraq, mən Trampla çox yaxşı birbaşa əlaqələr qurmuşam.

Rusiya ilə ABŞ qonşu olduqları üçün sammitin Alyaskada keçirilməsini məntiqli hesab edirəm. Ona görə də Alyaskada Trampla görüşəndə onu qonşu kimi salamladım”, – deyə Rusiya lideri qeyd edib.