Kiyev təsdiqlədi: Rusiya ilə Ukrayna arasında…

Adının açıqlanmasını istəməyən Ukrayna rəsmisi Rusiya ilə Ukrayna arasında ərazilərin mübadiləsini təsdiqləyib.

Bu barədə Amerikanın “The New York Times” (NYT) qəzetindəki məqalədə deyilir.

“Moskva Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsini nəzərdə tutan saziş çərçivəsində hərbi əməliyyatları dayandırmağa hazırdır. Bu barədə qəzetə Kiyevdə işləyən avropalı diplomat və telefon danışığından xəbərdar olan Ukraynanın yüksək rütbəli məmuru məlumat verib”, – nəşr yazıb.

Qeyd olunub ki, vasitəçilik üçün fürsət görən Tramp həmsöhbətlərinə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşərək razılıq əldə edəcəyini bildirib.