Rusiyaya hücum: ölən və yaralananlar var

Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Nijni Novqorod vilayətinə hücum etdiyi yerə təbii fəlakətlə mübarizə aparan tibb qrupu göndərilib. Bu barədə Arzamas şəhərinin meri Aleksandr Şelokov öz “Telegram” kanalında məlumat verib.

O, sakinləri sakit olmağa və rəsmi məlumatlara əməl etməyə çağırıb. Mer onu da qeyd edib ki, bütün fövqəladə hallar xidməti dərhal hadisə yerinə cəlb olunub.

“Qurbanlara mümkün əlavə yardım göstərmək üçün təbii fəlakət həkimləri qrupu gücləndirilir”, – Şelokov yazıb.